Valideynlər şikayət edir-Uşaqlara pulsuz verilən dərman 1 aydır gömrükdə saxlanılır?

Respublika Endokrinoloji Mərkəzində uşaqlara boy artımı ilə bağlı pulsuz verilən “Biosidus” firmasına məxsus hormon iynəsi tapılmır.

Bu şikayətlə  valideynlər müraciət ediblər. Qeyd edilib ki, problem artıq bir neçə həftədir ki, davam edir.

Onların sözlərinə görə, mütəmadi olaraq vurulmalı olan iynəni bu səbəbdən bir aya yaxındır ki, yubatmaq məcburiyyətində qalıblar: “Hər ay Endokrinoloji Mərkəzə müraciət edib iynəni götürürdük. Martın əvvəlində yenə müraciət edəndə məlum oldu ki, iynə yoxdur. Mərkəzdən bizə deyirlər ki, iynələr sifariş olunub, lakin gömrükdə saxlanılıb. Səbəbini isə bilmirik”.

Şikayətçilər iynənin xüsusi temperaturda saxlanılmalı olduğunu bildirirlər. Valideynlər qorxur ki, gömrükdə uzun müddət qalmaqla preparat öz keyfiyyətini itirə bilər: “Bu iynəni biz soyuducuda saxlayırıq. Hətta mərkəzdən alıb evə gətirmək üçün də buz torbasından istifadə edirik.