Vaqif Ələkbərovun müəmmalı tapşırığı

85

 

Sumqayıtdan verilən məlumatlara görə Vaqif Ələkbərov şəhərdə  mövcud olan bütün məktəb  direktorlarını başına toplayaraq hər müəllimdən 50 manatdaan pul alınaraq ona gətirilməsini göstəriş verib.

Sumayıt şəhər  məktəb direktorlarnın birinin verdiyi məlumata görə onun məktəbində  300 –dən çox müəllim işləyir və müəllimlərdən 50 manatdan 15000 manat və eləcədə özündən də 2000  manat pul istəyib.
Mənbənin verdiyi məlumata görə direktor bu pulu verə bilmədiyindən artıq ərizəini yazdığını bildirib.
Hazırda bütün şəhərdə  Vaqif Ələkbərovun  təhsildə yeni rüşvət mexanizimindən danışılır. Qeyd olunur ki, Ələkbərov müəllimlərdən topladığı pulun nazirliyə verəcəyini bildirir. Qeyd edək ki, Vaqif Ələkbərov   bu usulla yeni vəzifəyə təyinat almaq istəyir.

Sonda onu da qeyd edək ki, Sumaqayıtda 5000-dən çox müəllim çalışır və hər müəllimdən 50 manat  və məktəb  direktoralrından 2000 manat pul tələb edən Vaqıf Ələkbərov  400 000  manat  rüşvət yığa biləcək.

Ümüd edirik Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu məsələni araşdıracaq.

 
Qarşı tərəfində  mövqeyini  dərc  etməyə hazırıq