Vaqonda yaşayan Qarabağ əlilinə torpaq veriləcək

Vaqonda yasayan

“İç xəbər”ə müracit edən Saahovlar ailəsinin səsinə səs verildi.

Ötən gün Sonalı qəsəbəsində yaşayan Salahovlar ailəsinin vaqonda çətin şəraitdə yaşaması ilə bağlı sujet efirə getdikdən dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşın probleminin həlli ilə bağlı tədbirlər görüb.

Nazirliyin dövlət sosial təminat xidmətinin rəisi Çingiz Əliyev bildirdi ki, 2 qrup Qarabağ əlili Rövşən Salahov bu gün nazirlikdə qəbul edilib və onun problemini dinlədikdən sonra yaşadığı yerə baxış keçirilib. Bundan sonra yerli bələdiyyə tərəfindən Salahovlar ailəsinə vaqonla birlikdə müvəqqəti torpaq sahəsi ayrılacağına qərar verilib.

Qurum rəsmisi onu da bildirdi ki, vətəndaşın Goranboy rayonunda ev növbəsində durmağı faktı realdır və onun mənzillə təmin olunması tezliklə həll olunacaq. Həmçinin Qarabağ əlilinə bir dəfəlik sosial yardım da ediləcək.