Vasif Talıbovdan daha bir təyinat

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı fərmanla Əməkdar jurnalist Mətanət Məmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzetinin baş redaktor müavini vəzifəsinə təyin edilib.

XALQ.AZ xəbər verir ki, M.Məmmədova buna qədər həmin qəzetdə müxbir kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ötən gün imzaladığı digər bir fərmanla həmin vəzifədə çalışan Rauf Əliyev (Kəngərli) Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri təyin edilib.