VAZ-2107 12500 dollara satılır

14

 

Bu avtomobili görmədən keçməyin.
Azərbaycanda avtomobil satışı ilə məşqul olan internet səhifələrinin birində qiyməti 12.500 dollar olan VAZ-2107 elanı yer alıb. 2011-ci il istehsalı olan və interyeri göz oxşayan avtomobil görənləri heyrətə gətirib.

Tüninq vasitəsilə ecazkar vəziyyətə gətirilən avtomobilin salonu xarici avtomobillərin salonundan seçilmir. Bu VAZ-2107-nin texniki hissəsində aparılan işlər də diqqət çəkir. Avtomobil zavod istehsalı olan 2107-lərdən fərqli olaraq ABS əyləc sistemi ilə təchiz olunub.

Bundan əlavə avtomobilə 3 oyun kompüteri, 4 kamera, yağış sensoru, avtomotik şüşəqaldırıcılar, bort komputer və naviqasiya sistemi də quraşdırlıb.

155 16 17 18 19 20