Vidadi Muradovun müsadirə olunmuş şirkəti ilə bağlı QƏRAR verildi

Bakı Kommersiya Məhkəməsində “Euro Style LTD” MMC-nin “Azər İlmə” MMC-yə qarşı iddiasına baxılıb.
Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iddia qismən təmin edilib.
Xatırlatma: “Euro Style LTD” MMC “Azər İlmə” MMC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – sair öhdəliklər üzrə mübahisələ barədə tələb irəli sürüb.

Qeyd: “Azər İlmə” MMC şirkəti “Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradova məxsus olub. 11 milyon dəyərində olan şirkət keçmiş sədr həbs edilən zaman müsadirə olunmuşdu.