Vilayət Eyvazov əmr imzaladı

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Rəşadət Babayev vəzifəsindən azad edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Rəşadət Babayev BŞBPİ-nin Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri vəzifəsində saxlanıb.