Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis (DYP) Şöbəsinin rəisi Qəhrəman Qələndərov işdən azad edilib.

XALQ.AZ APA-ya istinadən məlumat verir ki, bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Qəhrəman Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat olmayıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, xəbəri ilk avtosfer.az saytı yayıb.