Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyinat olub.

Report-un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı BŞBP-nin rəis müavini təyin edilib.