Vilayət Eyvazov rəis müavinini işdən çıxartdı

DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

XALQ.AZ unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, B.Əhmədov təqaüdə göndərilib. Onun yerinə hələki təyinat yoxdur.

Xəbəri DİN Baş DYP İdarəsindən təsdiqləyiblər.

XALQ.AZ