Vilayət Eyvazov rəisi işdən çıxardı

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

XALQ.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Müslüm Quliyev vəzifəsindən azad edilib.

O, sərəncama götürülüb.

Nazirin digər əmri ilə Aqil Ələsgərov Suraxanı RPİ-nin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.