Vilayət Eyvazov Vüqar XəlilovuAğstafaya polis rəisi təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağstafa rayonuna yeni polis rəisi təyin edib.

XALQ.AZ-ın verdiyi xəbərə görə, nazirin əmri ilə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Xəlilov Ağstafa RPŞ-nin rəisi təyin olunub.

V.Xəlilov bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi olub. 2018-ci ildə isə Kəpəz RPİ-nin rəisi təyin olunub.