Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi polis mayoru İbrahim Hüseynov vəzifəsindən çıxarılaraq, həmin qrupun baş müstəntiqi təyin edilib.

Bu barədə Gədəbəy rayon Polis Şöbəsindən məlumat verilib.

Nazirin digər əmri ilə polis kapitanı Bərzani Abbasov Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi təyin edilib.