Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

XALQ.AZ xəbər verir ki,  bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə görə, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub.

Qeyd edək ki, o, bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində çalışıb.