Vitse prezident aeroportda “Hay Hitler” qışqırıb

Hitlet

Avropa parlamentinin vitse prezidenti Yasek Protasyeviç Almaniyanın Frankfurt hava limanında sərxoş vəziyyətdə saxlanılıb.

Xalq.az-ın məlumatına görə, sərxoş halda Protasyeviç yüksək səslə “Hay Hitler” deyə qışqırıb və gömrük işçilərini faşist adlandırıb. Vitse prezident aeroport əməkdaşlarının birinin əlindən yük arabasını alaraq çıxışa doğru qaçıb. İşçilər Protasyeviçi sakitləşdirməyə çalışanda siyasətçi nasist şüarlarını səsləndirməyə başlayıb. Sərxoş vitse prezidentin öhdəsindən gələ bilməyəcəklərini başa düşən gömrük işçiləri polisə xəbər verməyə məcbur olublar. Hadisə yerinə gələn polis əməkdaşları Protasyeviçi bölməyə aparıblar