Vüqar İskəndərov səfərə gedir

Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcək.

Bu barədə XALQ.AZ-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, drputatımız TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək.