Vüqar İskəndərov və Hacı Nuran Hüseynov Şəkidə şəhid ailələri və qazilərlə görüşüb-Fotolar

Milli Məclisin deputatı Vüqar İskəndərov və xeyriyyəçi. Həyat Fondunun təsisçisi Hacı Nuran Hüseynov Şəkidə şəhid ailələri və qaziləri ziyarət edib.

44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilərlə görüşlərdə onların problemləri ilə maraqlanılıb, bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi veteranlarına göstərilən diqqət və qayğıdan bəhs edilib.

Görüşlərdə həmçinin qazilərin səhhətində olan problemlərin daha tez aradan qaldırılması, müalicə-reabilitasiya xidmətlərinə cəlb edilməsi üçün onlar qeydiyyata götürülüb və tezliklə müalicələrə cəlb ediləcəkləri bildirilib.

Eyni zamanda şəhid və qazi valideynlərinə belə qəhrəman övladlar böyütdükləri üçün təşəkkür edilib. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bu qəhrəman övladlar tarix yazmaqla dünyaya vətənpərvərlik dərsi keçiblər.

Şəhid ailələrinin üzvləri, qazilər isə arzu və təkliflərini bildirməklə yanaşı, onlara göstərilən diqqət və qayğıya görə dövlət başcısı, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

XALQ.AZ