“Bakıda tıxac probleminin həlli istiqamətində böyük işlər həyata keçiriləcək”

“Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdiyi kimi son illər ölkəmizdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülmüş, böyük infrastruktur layihələri icra edilmişdir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, həm əhalinin sayının artması, həmçinin də iqtisadi göstəricilərin yüksəlməsi xüsusən Bakıda tıxac probleminin həllində yeni layihələrin həyata keçirilməsini labüd edir: “Bu reallıqdır ki, əhalimizin daha rahat formada mənzil başına çatması məqsədi ilə tıxac probleminin həlli istiqamətində böyük işlər həyata keçiriləcək. Vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı artıq həzm edə bilmir”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev nəqliyyat məsələlərini daim diqqətə saxlayıb: “Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər tikilib, yeni yollar salınıb. Kənd yolları, şəhərlərarası və magistral yollar çəkilb. Vaxtilə Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar salındı, bütün şəhərlər demək olar ki, müasir yollarla birləşdirildi. Bütün sərhədlərimiz müasir avtomagistrallarla əlaqələndirildi. Artıq kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayrılır. Ancaq növbəti böyük bir proqramın qəbul olunması ilə tıxac məsələsinin həllində daha böyük uğur qazanılacaq”.

V.İskəndərov qeyd edib ki, dövlət başçısı müşavirə zamanı Zəngəzur məsələsinə növbəti dəfə toxunması ilə bir daha bütün dünyaya bəyan etdi ki, Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək: “Bu dəhlizin açılması üçün praktiki addımlar atılır. Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ancaq buna baxmayaraq, biz öz iradəmizi ortaya qoyaraq bu problemin də həllində gücümüzü göstərəcəyik. Bu bir reallıqdır ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, Ermənistan dərk etmək istəmir ki, Cənubi Qafqazda uğurlu olacaq hər hansı bir layihənin Azərbaycansız reallaşması mümkün deyil. Çünki Azərbaycan güc mərkəzidir. Bizsiz Ermənistanın təklif etdiyi bütün layihələr sadəcə olaraq, kağız parçasıdır. Bu baxımdan bu dövlətin hələ də xam xəyallar arzusunda olması görünür, Ermənistanın tranzit ölkəyə çevrilmə arzusunu gözündə qoyacaq”.


media-ads-728x90

Bənzər xəbərlər