Xəsarət alanların son vəziyyəti açıqlandı

Şəki Xan Sarayının qarşısındakı Xan çinarının budağının aşması nəticəsində xəsarət alanlardan 6 nəfər müalicəsini davam etdirir.

XALQ.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şəki Mərkəzi Xəstəxanasında olan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır. Elxan Məmmədovun vəziyyəti isə (onurğanın qapalı travması) orta-ağırdır.

Kiliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.

 

Orxan