Xəstə diri-diri dəfn olundu

Qebir

Yunanıstanda xərçəng xəstəsi olan bir qadının canlı dəfn olunması barədə xəbərlər yayılıb.

XALQ.AZ-ın verdiyi məlumata görə, Yunanıstanın Selanik şəhərində 49 yaşlı K.G.nin basdırıldıqdan sonra məzarından səs gəldiyi iddia olunub.

Basdırıldıqdan sonra qəbirdən, “yardım!” səsi gəldiyini bildirən şahidlərin ifadəsi ilə məzar yenidən qazılıb.

Tabut açıldığı zaman isə K.G.nin basdırıldığı kimi olmadığı məlum olub.

Qadının cəsədi ailəsinin tələbi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada hakimlərin çəkdiyi kardioqrafiya ilə qadının öldüyü təsdiqlənib.

Bundan sonra ölünün “yardım” səsini eşitdiyini idda edən məzarlıq gözətçisi ilə mərhumun 2 qohumu ifdə vermək üçün polis bölməsinə aparılıblar.