Xəstəxanada evlilik

 

96

Amerikanın Pittsburq şəhərindən olan cütlük xəstəxanada nikaha daxil olub
Mərasimə 15 dəqiqə qalmış oğlanın infarkt keçirməsi belə sevgililərə mane olmayıb.

Gün.Az Robert Adams və Mari Pitssutto sağlamlıqla bağlı problem səbəbindən toy planlarını təxirə salmamaq qərarına gəliblər.

Amerikanın CBS telekanalının xəbərinə görə, 68 yaşlı Adams toyuna gedərkən özünü pis hiss edib. Sonradan məlum olub ki, onu infarkt vurub. Adams xəstəxanaya yerləşdirilib. Lakin cütlük nikahı təxirə salmayıb və keşiş onların kəbinini kəsib.