Xətaidə ağacları kim kəsdirir?

Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev XALQ.AZ-a bildirib ki, araşdırma nəticəsində gecə saatlarında 2 ağacın kəsildiyi müəyyən edilib.

 

“Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”, – Q.Ağayev vurğulayıb.

Qeyd edək ki, son vaxtlar mətbuatda  Xətai rayon ərazisində mütəmadi ağacaların kesilməsi ilə bağlı məlumatlar dərc olunur, və  araşdırmalara görə İcra başçısı Rafiq Quliyev tərəfindən yaxın  şəxslərinə rayon ərazisinin yol kənarlarında obyekt tilintisi etmək üçün icazələr verilməsində iddia olunur.