Xətaidə növbəti agac qiyamı kampaniyası (FOTO-VİDEO)

 

25

 

İcra başçısı Razim Məmmədov tənqidi yazılardan nəticə çıxartdı

 

Xətai rayonu, Gəncə prospekti 39 –da  hasara alınmış ərazidə yanğın baş verib, və qısa müddətdə söndürülüb. İddialara görə bu yanğın məqsədli şəkildə həyata keçirilib. Bu işlərə bir neçə ay əvvəl başlanılsa da bu hadisə ikinci dəfədir təkrarlanır.  Belə ki, Xətai rayonunda kütləvi ağac qiyamı hər zaman medianın gündəmindən düşmür. Rayon ərazisində ağacların kütləvi kəsilməsi və yeni binaların inşası bu gün də davam edir.  Ağac kəsilən ərazilər sahibkarlara satılır.  İstər evlərin yaxınığında qol-budağı qırılımış bu gövdələr, istərsə də artıq doğranmış kötüklər. Yeni inşa edilmiş evlərin ətrafında ağacların oduncağı daşınsa da qol-budaqları hələ də qalıb. Sakinlər bu işlərin necə həyata keçirildiyini də bilirlər. Binaların qarşısında uşaqların istirahəti üçün nəzərdə tutulmuş sahə isə indi hasara alınıb və tikintisini gözləyir. Sakinləri narahat edən digər məsələ də uşaqların istirahəti üçün nəzərdə tutulmuş bu ərazinin qeyri-qanuni evlərin, ticarərət obyektlərinin  tikintilərin aparılmasıdır. Bu mövzu ilə bağlı mediada çox sayda yazılar yazılıb Lakin icra hakimiyyətinin başçısı Razim Məmmədov yeni üsüla əl atıb, belə ki ağaçkəsmə kampaniyasına fasilə verən Məmmədov indi isə ağacların yandırılmasına start verib. Görünür tənqidi yazılardan nəticə çıxardan Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov artıq bu məsələni öz üslübü ilə həyata keçirməyə başlanılıb. Görəsən icra başçısının  təbiətlə ağaclarla niyə bu cür davranır?  Bu sualla müraciət etdiyimiz ünvanlardan da cavab ala bilmədik. İlk olaraq ərazidəki mənzil kommunal istismar sahəsinə yollandıq. Saat 12.00 radələri olsa da qapılar bağlı idi.  Növbəti dəfə əlaqə saxlasaq da rəisi yerində tapa bilmədik. Növbəti müraciət etdiyimiz ünvan Xətai rayon icra hakimiyyəti oldu. İcra hakimiyyətində heç bir açıqlama vermədilər.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq.

 

9 10 11