Xəzər rayonunda gül baxşasını kim zibilliyə çevirib?

Xəzər rayonunda məskunlaşmış, işğal altında olan laçın rayon sakini sahibkar Orxan barəsində bizə şikayət məktubu göndərib. Xalq.az satı olaraq şikayətçinin müraciətini işıqlandırırıq.

Hörmətli redaksiya heyəti!

Biz mənfur düşmən tərəfindən dərə-baba yurdumuzdan, elimizdən obamızdan didərgin düşmüşük. qaçqınlıq həyatı uaşayırıq. Evimiz, mal-qaramız, təsərrüfatımız var idi. 22 ildir qohumlarımız, dövlətimizin köməkliyi ilə Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində ev tikib çətinliklə də olsa yaşayırıq.

Ailəmiz 7 nəfərdən ibarətdir. Böyük ümidlə torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyirik. Sizə bir neçə müddətdir ki, naxçıvanlı Orxan adlı mağaza sahibinin bizə problem yaşatdığını yazırıq. yaşadığımız evin qarşısında mağaza tikib. Hətta, tikinti zamani həyətimizin hasarını da aşırmışdı. Polisə müraciət etdikdən sonra hasarımızı bərpa etdi. Biz evimizin sağ hissəsində güllər əkmişdik. Orxan onları çıxararaq yerində mağazası üçün zibil anbarı etdi. Biz sentyabr ayından dəfələrlə bələdiyyə və icraya müraciət etsək də bununla bağlı heç bir tədbir görmədilər.

Xahiş edirik, orxan adlı mağaza sahibinin öabaşınalığını araşdırıb, şikayəıtimizi işıqlandırın ki, zibillik təmizlənib həmin kiçik yerə yenidən güllər əkilsin. Xahiş edirəm ki, güllər əkilən həmin kiçik ərazi onun mağazasına aid olmadığı araşdırılsın. magaza sahibi orxan ozbaşınalıq edir. Xahiş edirəm bizə köməklik edin!

Muradov Vüqar Laçın qaçqını
20 dekabr 2014 -cü il