Xəzər rayonunda şura iclası

Xezer-3

Xəzər rayonunda  “Rayonun mənzil fondu və sosial obyektlərin payız-qış mövsümünə  hazırlığı haqqında” Şura iclası keçirildi. İclasda Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı G.  İslamov, Şura üzvləri,  Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq  Əhmədov, RİHB-nın müavinləri, hüquq – mühafizə orqanlarının və idarə, müəssisə  rəhbərləri, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər.

Şura iclasını açıq elan edən Xəzər RİH başçısı G.İslamov yığıncaq iştirakçılarını  salamlayaraq Şuranın gündəliyində duran mövzunu iştirakçıların diqqətinə çatdırdı.

Xəzər RİH B-nın müavini Lalə Əhmədova “Rayonun mənzil fondu və sosial obyektlərin  payız-qış mövsümünə hazırlığı”,  2014-2015-ci illərdə mənzil fondu və  sosial obyektlərin payız-qışmövsümünə  hazırlıqla bağlı xidmət sahələrinin-MKTB-nin,  MİS-nin, Enerji  Təchizatı  və Satışı idarələrinin,  rayon Qaz İstismar Sahəsinin, Su-Kanal  İdarəsinin,  «İstilik Təchizat» sahəsinin, «Şimal ES» MMC-nin  və başqalarının  gördükləri işlər, problemlər və nöqsanlar barədə geniş məruzə ilə çıxış etdi.Arayış oxunduqdan sonra Şura üzvlərindən RİH-nin müavini A.Balayev, RİH Aparatının şöbə müdiri İ.Mustafayev, Şura üzvləri  T.Səlimov, S.Abbasov, Y.Novruzov və R.Baxşiyeva çıxış  edərək, aidiyyatı təşkilatların qışa hazırlıqla bağlı lazimi təxirəsalınmaz tədbirlər görmələrinin vacibliyini vurğuladılar. İclasda, həmçinin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Arif Məmmədov, 11 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Kifayət Müzəffərov, Xəzər rayon Qaz İstismar Sahəsinin rəisi Vüqar Əliyev çıxış edərək, rəhbərlik etdikləri sahələr də olan mövcud  problemlərdən və qarşıda duran vəzifələrdən söz açdılar. İclasda çıxış edən Millət Vəkili Rauf Əliyev Şura iclasının mövzusunun vacibliyini qeyd edərək, qarşıya çıxan problemlərin tezliklə həll olunmasını bildirdi.  Hesabat və məruzə xarakterli çıxışlar bitdikdən sonra Şura üzvləri birgə qərar qəbul edərək, rayonun bütün idarə, müəssisə və təşkilatları  qarşısında bir sıra mühüm tapşırıqlar qoymaqla yanaşı, RİH Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinə rayon üzrə elektrik ötürücülərin, transformatorların, qazanxanaların fəaliyyətlərinin monitorinqini həyata keçirsin, aşkar olunan nasazlıqların və digər neqativ halların aidiyyatı təşkilatlarla qısa vaxt ərzində aradan qaldırılması işinin həyata keçirilməsi kimi tapşırıqlar verdikləri qərarda öz əksini tapdı.
Şuranın qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edildi və Şura iclası RİH-nin başçısı G.İslamovun yekun nitqi ilə başa çatdırıldı.