Xəzər rayonunda təhsil işçiləri ilə görüş keçirilib

Bu gün yeni dərs ili ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətində rayonun təhsil sahəsinin nümayyəndələri ilə görüş keçirilib. XALQ.AZ-ın verdiyi məlumata görə, görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Gülağa İslamov, Millət Vəkili Rauf Əliyev RİH-i başçısının müavinləri, şöbə müdirləri və rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov çıxış edərək təhsil işçilərini 2017/2018-ci tədris ilində əldə olunan yüksək nəticələrə görə təbrik edib və yeni 2018/2019-cu tədris ilində yeni uğurlar arzulayıb. Millət vəkili Rauf Əliyev çıxış edərək məktəblərdə şagird sıxlığı ilə bağlı əlavə korpusların tikilməsinin vacibliyini bildirərək, bu istiqamətdə iş aparıldığını bildirib və rayonun təhsil işçilərini əldə olan uğurlara görə, yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib və onlara yeni dərs ilində uğurlar diləyib.