Xəzərdə ZƏLZƏLƏ

Xəzər dənizində 3 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən,11.07.23 tarixində yerli vaxtla saat 02:44-də Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – deyə qeyd olunub.
Zəlzələ ocağı yerin 9 kilometr dərinliyində qeydə alınıb.