Xaçmazda ağır qəza: 6 yaralı

Avtomobil

Bu gecə Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Muxtadır qəsəbəsində yaşayan 1984-cü il təvəllüdlü Polad Ramiz oğlu Qiyasovun idarə etdiyi “Mercedes” markalı, 99 FV 509 dövlət nömrə nişanlı avtomaşınla 1986-cı il təvəllüdlü Tural Əlövsət oğlu Məhsimovun idarə etdiyi “VAZ 21 07” markalı, 50 CO 509 dövlət nömrə nişanlı avtomaşın toqquşub.

Qəza nəticəsində 6 nəfər ağır yaralanıblar. Onlar 1986-cı il təvəllüdlü Güllü Xeyrulla qızı Ağasıyeva, 1989-cu il təvəllüdlü İlahə Xeyrulla qızı Məmmədova, 2007-ci il təvəllüdlü Əlibaba Tural oğlu Ağasıyev, 1986-cı il təvəllüdlü Tural Əlövsət oğlu Məhsimov, 1992-ci il təvəllüdlü Mənsur Xeyrulla oğlu Ağasıyev, 1984-cü il təvəllüdlü Polad Ramiz oğlu Qiyasovdur.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.