Xaçmazda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kolketivləri ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin əməkdaşları eləcədə gənc könüllülər iştirak ediblər.
Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində təşkil edilən aksiya zamanı torpaq-iqlim şəraitinə uyğun 101 ədəd ağac əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin eidlib.
Aksiyanın məqsədi ölkəmizdə ətraf mühitin qorunmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mühitin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olub.
******
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
İştirakçılar əvvəlcə dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.
Sonra Heydər Əliyev mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Qeyd edilib ki, dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu və bu gün üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan Şuşada, eləcə də Xankəndidə qürurla dalğalanır.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsindən danışıb, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən söz açıblar. Hazırda Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafından bəhs ediblər. Son illər Xaçmaz rayonunda həyata keçirilən geniş miqyaslı tikinti, quruculuq, abadlıq işləri, şəhid ailəri və qazilərə göstərilən qayğı yüksək qiymətləndirilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbir mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə davam edib. Geniş və rəngarəng musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.