Xaçmazda “Mitsubishi” ağaca çırpıldı

Qeza-1

Ötən gün axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.

XALQ.AZ-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu Gülalan kəndində “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil ağır deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü və içərisində olan iki sərnişin nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşları avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əməliyyat saat 20:21-də başa çatıb.