Xaçmazda ümumrayon iməciliyi keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xaçmaz rayonunda ekoloji aksiyalar davam etdirilir, iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti iməcilikdə idarə, müəssisə, təşkilatlarının kollektivləri, yerli icra nümayəndələri və bələdiyyələr eləcədə sakinlər fəal iştirak ediblər.
Səhər saatlarından başlayan iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, qurumuş ağacların vaxtında ərazidən götürülməsi təmin edilib, çəmənliklər biçilib. Bakı-Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsinə yeni ağaclar əkilib. Magistral yolun kənarında mövcud olan dayanaqcaqlar rənglənib.
Təmizlik aksiyası gün ərzində keçirilib. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması rayonumuzun daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.