media-67
Xaçmazda Qusarçay kəndində sakinlərin müraciət və təklifləri dinlənilib.
XALQ.AZ xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qusarçay kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qusarçay, Həsənqala, Ağaverdioba və Balaqusarqışlaq kəndinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli bağlı görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
media-55 media-56 media-57 media-58 media-60 media-62 media-63 media-64 media-65 media-66 media-67

media-ads728x90

Bənzər xəbərlər