Xalq artisti intihar cəhd edib

“Xəyanəti heç vaxt bağışlamıram. Bir dəfə mənə xəyanət ediblər, bilmişəm və onu da keçməmişəm. Hamı da onu bilir (söhbət Namiq Qaraçuxurludan gedir-red.). Qürur, xəyanət, sədaqətsizlik, insanı satmaq başqadır. İnam itir, o, sənin sədaqətinə xəyanət edir. Artıq sədaqət yoxdur. İki nəfərdən ibarət, illərdir ailə kimi olduğun münasibətdəki xəyanətdən gedir söhbət. Elə bir hal oldu və xoşbəxtəm ki, bağışlamadım. Kişi qadınına xəyanət edirsə, bacarır bildirməsin. Bildirirsən və onu haqsız çıxarırsan. Haradadı ədalət, vicdan?”.

XALQ.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” proqramının “33 sual” rubrikasında deyib. Müğənni yaşadığı xəyanətdən bəhs edib.

Kazımova “Hələ də həyat yoldaşınızdan rəsmi ayrılmamısınız” sualına “Hansısa bir sənətimdə “evli” yazılıb. Nərgiz Cəlilovanın proqramında söhbət düşdü, dedim ki, hələ mən həyat yoldaşımdan ayrılmamışam” cavabını verib.

İfaçı şou-biznesdə küsülü olduğu həmkarı olmadığını deyib:

“Bu gün məni qəbul etməyənlər elə sevirlər. Onların şüuraltında elə taxt-tacımda oturmuşam ki… Niyə düşmənçilik olmalıdır ki? Heç kimə qarşı ürəyimdə kin yoxdur. Faiq Ağayev demişkən, kateqoriyalarda hər kəs öz tayını tapsın”.

A.Kazımova daha çox xanımlardan sevgi etirafı aldığını bildirib:

“Məni xanımlar daha çox sevir. Xanımlar sevgi etirafları edir, mesajlar yazırlar. Deyirlər ki, siz bizim həyatda stimulumuzsunuz. Sizi görəndə yaşamaq, durub, geyinib, evdən çıxmaq istəyirik. Kişilər də məni çox sevir. Amma etiraf etməyə qorxurlar. Nə zəmanəyə gəldik ki, kişilər qorxaqlaşdı. Kişi olsaydım, qadını sevsəydim, etiraf edərdim. Necə olar, qadını sevəsən və gizli saxlayasan. Sevib daxilində saxlamaq necə ola bilər? Güclü qadınam, kişi mənimlə dostluq üçün məndən mütləq güclü olmalıdır. Səhnədə başqayam, sevgidə başqa. Məni səhv anlayırsız. Sevgidə quzu kimiyəm. Səhnədə şah, padişah, sahibkaram. Amma gecə həyatını sevmirəm, əyləncələrdə olmuram. Bunların hamısı səhnədə baş verir”.

Müğənni intihara cəhd etdiyini etiraf edib:

“Möcüzə bir şəkildə qurtuldum. İstəmirəm bu haqda danışaq, amma olub”.

Aygün mərhum Xalq artisti İlhamə Quliyevadan da bəhs edərək bunları söyləyib:

“Allah İlhamə Quliyevaya rəhmət eləsin. O, rəhmətə gedəndən sonra qəribə hallar baş verib. Hamı dedi, o yer mənimdir, mən tutacam. Söhbət hansı yerdən gedir? İlhamə xanımın “Xalq artisti” adının üstündən xətt çəkib onlara verəcəklər? Onun yeri görsənir, hamıya yerini göstərirdi. Hərdən mənə də toxunurdu”.

Sənətçi bir vaxtlar duet ortağı olduğu meyxanaçı Namiq Qaraçuxurlu haqda suala “Biz görüşmürük. Yollarımız kəsişmir. Görüşəndə də normal insanlar kimi salamlaşırıq. Səhnədə çalışmamız isə rahat gedir” cavabını verib.

XALQ.AZ