Xalq artisti Qarabağda konsert verəcək

Nise

Azərbaycanın xalq artisti Nisə Qasımova Qarabağ bölgəsində konsert proqramlarına start verib.

XALQ.AZ-ın məlumatına görə, Nisə xanımın öz təşəbbüsü və Müdafiə Nazirliyinin xəttilə həyata keçirilən konsert Milli Qurtuluş gününə həsr edilib.

Ötən gün sənətkarın konserti ilk olaraq Azərbaycan Sərhəd Qoşunlarının Füzuli rayonunun Horadiz şəhərində yerləşən N saylı hərbi hissəsində baş tutub. Hərbçilər qarşısında çıxış edən sənətkar zabit və əsgərləri bayram münasibətilə təbrik etdikdən sonra repertuarında olan sevilən mahnılarını onlar üçün ifa edib. Əsgərlər sənətkarın canlı ansamblın müşayiəti ilə ifa etdiyi mahnılar boyu onunla rəqs edərək minnətdarlıq hissi bildiriblər. Nisə xanım konsert zamanı ara-sıra hərbçilərin könüllərini xoş tutmaq üçün onlarla zarafatlarından da qalmayıb. Böyük anşlaqla keçən konsertdə deputat Bahar Muradova, eləcə də Füzuli rayonu İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.

Konsertin açılışında çıxış edən millət vəkili hərbçiləri təbrik edərək Nisə xanım Qasımovaya xüsusi təşəkkürünü bildirib.

Bu gün xalq artisti Horadizdə yerləşən Muğam Mərkəzində növbəti konsert proqramı ilə çıxış edəcək.
Nisə xanımın bayram konserti Qarabağ bölgəsində iyunun 16-dək davam edəcək.

Qeyd edək ki, konsert proqramları dövlət televiziyası AzTV vasitəsilə lentə alınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.