Xalq artisti təltif olundu

Xalq artisti Mələkxanım Eyubova təltif edilib.

Bu barədə sənətçi özü bildirib.

Xalq artisti Azərbaycan Respublikasının fəxri diplomuna layiq görülüb. Diplomu Eyubovaya Elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

Xanəndə təltifolunma mərasimindən olan fotoları şəxsi instaqram hesabında paylaşıb və prezident İlham Əliyevə təşəkkür edib:

“Təltif olunan bütün sənət dostlarımı ürəkdən təbrik edirəm! Azərbaycan Respublikasının fəxri diplomunu almağım münasibətilə Cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm!”