Xalq artisti vəzifəyə seçildi
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib.
XALQ.AZ məlumat verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.
İki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
Eyni zamanda yeni yaradılan təşkilatın nizamnaməsi də təsdiq olunub. Həmçinin Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqınının sədrliyinə namizədliyini geri götürüb.
Sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib. Onun namizədliyi təsdiq edilib.