Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti Ceyran Haşımova xəstəxanaya yerləşdirilib.

XALQ.AZ  xəbər verir ki, bu barədə əməkdar artist Rəhilə Bəndəliyeva məlumat verib.

O, ARB-nin efirində qonaq olarkən 84 yaşlı sənətçinin ürəyində problem yarandığını qeyd edib:

“Evə bir neçə dəfə təcili tibbi yardım çağırıblar. Həkimlər onun səhhəti barədə bu gün dəqiq cavab verəcəklər. O, nəfəs almaqda çətinlik çəkir”.

 

Orxan