Moskvda konsert mərkəzində atışma-Video

Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

XALQ.AZ Rusiya mətbuatına istinadən  xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.

“Baza” teleqram kanalı isə hadisə nəticəsində 40 nəfərin həlak olduğunu, 146  nəfərin isə yaralandığını yazıb.

“RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğının qeydə alındığı bildirilir.

 Qeyd edək ki,Moskvada “Crocus City Hall” ticarət mərkəzi Emin Ağalarova məxsusdur.