Xalqın sözü ilə dövlətin imzasını təsdilqəyən Lider

Bu illər ərzində əldə etdiyimiz uğurlar və dövlət başçısının prinsipiallığı hər gün böyük Qələbəmizi daha da yaxınlaşdırırdı. 44 günlük Vətən Müharibəsi zamanı da kənar təzyiqlər heç bir vəchlə Azərbaycanın ali rəhbərliyini öz ali məqsədindən yayındıra bilmədi.

Milli Məclisin deputatı Könül Nurullayevə bildirib .

Deputat qeyd edib ki, Ali baş komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbə vurdu.Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Azərbaycan təcrübəsi təsdiqlədi ki, rəhbər qətiyyətli və prinsipial olduqda xalqın sözü dövlətin imzası qədər keçərli olur. Ad gününü əsgərlərimizlə birgə Qubadlı və Zəngilanda qeyd edən, qələbə sevincini onlarla bölüşən, bizə, Azərbaycan xalqına, bu sevinci yaşadan sərkərdə, doğum gününüz mübarək olsun!