Xatirə: “Bu gün səkkizinci ilə qədəm qoyduq” (VİDEO)

Müğənni Xatirə İslamın evlilik ildönümüdür.

XALQ.AZ xəbər verir ki,  ifaçı əri ilə birlikdə rəqs etdiyi videonu paylaşıb.

“Bu gün səkkizinci ilə qədəm qoyduq – 11.04.2011. Həyatımda ən çox inanıb güvəndiyim maskasız insan Fəxrəddin. Allah sənə dəyməsin”,- deyə Xatirə paylaşımda yazıb.

Videoda müğənninin ərinin dodağından öpməsi nəzərlərdən yayınmayıb. Paylaşım sosial media iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb. Müğənnini tənqid edənlərlə yanaşı, xoş sözlər söyləyənlər də olub.

Qeyd edək ki, cütlüyün Emil adlı övladı var.

Yeganə