Xatirə mağaza açdı

03

 

Müğənni Xatirə İslam bizneslə məşğul olmaq qərarına gəlib.

Xalq.az Axşam.az-a istinadən xəbər verir ki , sənətçi xına evi açıb. Yaxın günlərdə fəaliyyətə başlayacaq mağazadakı əşyaların bəzilərini Xatirə özü düzəldir:

“Əslində, xına evim çoxdan var. Amma ana olmağa hazırlaşanda mağazanı bağladım. Çünki çatdıra bilmirdim, yorulurdum. İndi yenidən açacağam. Yaxın günlərdə tam fərqli formada “Buta” xına evim fəaliyyətə başlayacaq. Onu da qeyd edim ki, bəzi əşyalar öz əl işimdir. Maraqlı səbətlər hazırlaya bilirəm”.