Xersonda rubl dövriyyəyə buraxıldı

Ukraynanın Xerson vilayətində rubl tam dövriyyəyə buraxılıb.

Xalq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Onun sözlərinə görə, mayın 30-dan etibarən vilayət ərazisində bütün mağazalarda rubl və qrivna ilə alış-veriş etmək tələb olunur.