Xeyriyyə sərgisi – “Həyata ümid”

Müasir İncəsənət Muzeyi və azərbaycanlı rəssam Milena Nəbiyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar xeyriyyə layihəsi elan edir.

XALQ.AZ xəbər verir ki, dekabrın 21-dən 27-dək muzeyin sərgi salonunda 50-ə yaxın sənət əsərləri sərgilənərək xeyriyyə məqsədilə satışa çıxarılacaq.

Milena Nəbiyevanın elan etdiyi xeyriyyə layihəsi – sənət yolu vasitəsilə geniş ictimaiyyətə ünvanlanan bir müraciətdir. Rəssamın özünün vurğuladığı kimi, əsas hədəfi ailədən kənarda qalan uşaqlara mövcud olan şərtlərə baxmayaraq həyatlarının bir çox insanlar üçün olduqca vacib və maraqlı olduğunu aydın şəkildə izah etməkdir.

Bu uşaqların gələcəyi – Azərbaycanın inkişafının ayrılmaz hissəsidir. Buna görə Milena respublikanın məşhur və görkəmli sənətkarlarına müraciət edərək bütün iştirakçıların təqdim etdiyi sənət əsərləri əsasında layihə hazırlayıb. Buna görə ekspozisiya formatının özü sanki sənətkarların yaradıcılıq simbiozudur, sanki cəmiyyətimizdə mövcud olan qarşılıqlı əlaqələrin əksidir.

Sərgidə nümayiş olunan rəsm əsərlərinin satışından əldə edilən vəsaitlər antibiotiklərin yan təsiri fonunda yaranmış limfoblastik limfoma ilə mübarizədə cəsarət göstərən Nərminə Kiçibəyovanın müalicəsinə xərclənəcək.

İdeoloji rəhbər və təşkilatçı Milena Nəbiyeva onun dəvətinə cavab verən bütün rəssamlara öz dərin təşəkkürünü bildirir və bütün maraqlanan insanları sənət vasitəsilə insanlığın ən vacib postulatlarına – sevgi və şəfqətə toxunmağa imkan verən belə bir genişmiqyaslı tədbirdə iştirak etməyə dəvət edir. O, digər yaradıcı sahələrin nümayəndələrini də dünyanı xilas edəcək unikal gözəllik atmosferini yaratmağa və ona qoşulmağa çağırır.

Orxan