XİN təsdiqlədi: İlham Əliyev Paşinyanla Vyanada görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk rəsmi görüşünün yeri və vaxtı açıqlanıb.

XALQ.AZ xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

 

 

Orxan