Xırdalanda partlayış: Xəsarət alanlar var (FOTO)

P-1

Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib. Abşeron rayon polis şöbəsindən verilən məlumata görə, partlayış 2-ci mərtəbəsində qeydə alınıb.

Partlayış nəticəsində 10-a yaxın insan xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Dağıntı altında qalan 5 nəfərdən 3 nəfər çıxarılıb. Onlardan 1972-ci il təvəllüdlü Vidadi Yunis oğlu İsmayılov və onun oğlu, 2001-ci il təvəllüdlü Yunis Vidadi oğlu İsmayılovun adları məlum olub.

Partlkayış nəticəsində yaralananlardan 5 nəfər Kliniki Tibbi Mrəkəzə yerləşdirlib. Xstəxanadan ANS PRESS-ə verilən məlumata görə, yaralılardan 4-nün vəziyyətinin yüngül olduğu üçün ambulator müalicəyə buraxıldığı deyilir. Bir yaralı isə xəstəxanada qalıb.

Hazırda hadisə yerində xilasedicilər çalışır.

Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.

P-1

P-2