Xorvatiya prezidenti Almaniyaya etiraz etdi – “Rusiya ilə savaşırıq?”

Xorvatiya prezidenti Zoran Milanoviç Almaniya XİN başçısının Rusiya ilə müharibə barədə dediklərini şərh edib.

Xalq.az xarici mətbuata istinadən xəbər verir ki, prezident bu barədə mətbuata açıqlamasında danışıb.

“Almaniyanın XİN başçısı Strasburqda ingiliscə çıxışı zamanı deyirdi ki, biz bir olmalıyıq, çünki Rusiya ilə savaşırıq. Sitat gətirirəm: “Rusiya ilə savaşırıq”. Mən bunu bilmirdim. Ola bilər ki, Almaniya yenə Rusiya ilə müharibə aparır. Onda onlara uğurlar, 70 il əvvəlkindən daha yaxşı nəticə əldə etsinlər”, – deyə o bildirib.

Xorvatiya prezidentinin sözlərinə görə, Ukraynanı silahla təmin etməyin sülhə necə apara biləcəyini anlamır.