Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

28 oktyabrda Ekologiya və Təbii Sərvətlər Nazirliyində Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüş keçirilib.

XALQ.AZ xəbər verir ki, görüş zamanı Azərbaycan və Xorvatiya arasında ətraf mühit üzrə mövcud əməkdaşlıq münasibətləri və gələcək planlar müzakirə olunub.