Xöşqədəm itkin qadını meşədən tapdı

378

 

 Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişinin yeni mövsümünə hazırlaşır.

Mməluma görə, yay boyunca dincəlməyib çəkilişlər edən aparıcı bu haqda “İnstaqram” səhifəsində yazıb.

O, hətta 1970-ci ildə itkin düşən bir qadını tapdığını bildirib:

“1970-ci ildə evdən çıxaraq geri qayıtmayan qadını “Səni axtarıram” komandası Rusiyada, bir meşədə tapdı. Onun meşədə bişirdiyi yeməyi birlikdə yedik. Tükürpədici bir həyat hekayəsi var”.

X.Hidayətqızı daha sonra “Əziz həmkarlarım, əsl xəbər budur. Xoşqədəmin idmanla məşğul olub-olmaması, məncə, kiməsə maraqlı deyil. Bu məlumatı xəbər etsəydiniz, onda deyərdim əhsən sizə”,-deyə bildirib.