Xudafərin körpüsü təmir olunacaq

İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan diplomatik korpus – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri Xüdafərin körpüsündə olublar.

XALQ.AZ xəbər verir ki, diplomatlara Ermənistanın işğal siyasəti barədə məlumatlar verilib.

Səfər çərçivəsində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanla İran Xudafərin körpüsünün təmirinə başlaya bilər.

O xatırladıb ki, işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri həyata keçirir. 

“Bu xüsusda İranla dağıdılmış kommunikasiya xətləri bərpa oluna bilər”, – deyə H.Hacıyev qeyd edib.