Xuraman Şuşalıya ağır itki

Xuraman

Azərbaycanlı müğənni Xuraman Şuşalının ailəsində ağır itki baş verib.

Xalq.az-ın məlumatına görə, ifaçının anası Gülbəs xanım dünyasını dəyişib. İfaçının anasının Ağcabədi rayonunda dəfn ediləcəyi bildirilib. Bundan əlavə olaraq 3 gün Ağcabədi rayonunda yas mərasimi keçiriləcək.

Mərhumənin 7 mərasimi isə Bakıda təşkil olunacaq.

Xatırladaq ki, bir müddət öncə X. Şuşalı anasının xərçəng xəstəsi olduğunu bildirmişdi: “Anam bir dəfə əməliyyat olunub. Ad günümdə halı çox pisləşmişdi. Həyatımda ən ağır günü keçirdim. Şükür ki, Allah anamı məndən ayırmadı, yenidən bizə bağışladı”-deyərək fikrini bildirmişdi. Çox təssüflər olsun ki, bu dəfə ifaçının anası vəfat etdi.

Allah rəhmət eləsin!